6 Dekabr 2018 23:42
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Öncəqala kəndi ərazisində olub.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər