7 Dekabr 2018 23:57
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Xocasən yolunda baş verib.

119 nömrəli marşrut avtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardımın 12 briqadası gəlib.

Xəsarət alanlardan iki nəfər Respublika Kliniki Xəstəxanaya, digərləri isə Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

22:11

Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə bağlı quruma məlumat daxil olan kimi BNA əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalara görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.


Müəllif: Aytən