"Ramil Səfərovun bütün təhlükəsizliyi qorunur".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən müxtəlif mənbələr istədikləri informasiyanı mətbuata gətirirlər:
"Bizim onların hamısına reaksiya verməyimizə ehtiyac yoxdur. Ramil Səfərov Azərbaycan vətəndaşıdır, onun bütün təhlükəsizliyi qorunur və düşünürəm ki, ona heç bir təhlükə yoxdur".
Nərgiz