11 Dekabr 2018 17:35
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gümrü şəhərində süpürgəçi Cületta Qazaryanı vəhşicəsinə döyərək öldürən Rusiyanın 102 saylı hərbi bazasının müqaviləli hərbi qulluqçusu saxlanılıb.

Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məlumat yayıb.

Çoxsaylı bədən xəsarətləri, qapalı kəllə-beyin, qapalı döş boşluğu travmaları ilə tanınmaz hala düşən 57 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət məcəlləsinin 112-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Rusiyanın 102 saylı hərbi bazası Gümrüdə yerləşir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər