29 Dekabr 2018 21:14
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan sərhədçiləri Xəzər dənizinin onlara aid hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Azərbaycan balıqçılarına atəş açıblar.

Silahlı insident zamanı 1 nəfər Azərbaycan vətəndaşı yaralanıb.

Balıq ovçuları Xəzər dəniz hövzəsində 25 dekabr tarixində saat 23:45-də aşkar olunublar. Gəminin göyərtəsində 4 Azərbaycan vətəndaşı olub. Gəmidə həmçinin 40 ədəd nərə tipli balıq ovu nümunəsi, 10 qutu brokonyer qarmaq ipləri, peyk rabitəsi və naviqasiya vasitələri tapılıb.

Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Qazaxıstan sərhədçiləri gəmini dayandırmaq üçün təqib edən zaman atəş açmaq məcburiyyətində qalıblar. Bu zaman Azərbaycan vətəndaşlarından biri bazu önü sümüyündən güllə yarası alıb. Ona lazımi tibbi yardım göstərilib.

Qazaxıstan dövlət sərhədini qəsdən qanunsuz keçmə faktı üzrə cinayət işi açılıb.

Daha əvvəl Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas ediblər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər