4 Yanvar 2019 21:57
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə axşam saatlarında baş verib: "Həzi Aslanov" stansiyasından hərəkətdə olan qatar "Ulduz" stansiyasına yaxınlaşarkən bir nəfər sərnişin özünü pis hiss edib. Sərnişin "Ulduz" stansiyasında düşürülüb və təcili tibbi yardım briqadası çağırılıb. Sərnişin stansiyada dünyasını dəyişib.

Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımov olduğu müəyyən edilib".

Meyit aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər