6 Yanvar 2019 14:39
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

Teleqraf.com-un Rusiya mediasına istinadla verdiyi məlumata görə, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.

Qeyd olunur ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com