16 Yanvar 2019 10:53
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev yanvarın 14-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis şöbəsində əməliyyat qrupu yaradılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və 1600 manat pul oğurladığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov