29 Aprel 2014 13:05
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-nin Qazax rayon təşkilatının sədri Hikmət Carçılı Orhun istefa verib.

O bu addımı atmasını AXCP üzvlərinin onu "Yeni Müsavat" qəzetində çalışdığına görə dəfələrlə təhqir etməsi ilə əlaqələndirib. Hikmət Carçılı Orhun Qaynar.info-ya göndərdiyi bəyanatda bildirir:

"Son bir ayda AXCP Gənclər Komitəsinin (GK) fəalları tərəfindən "facebook"da divarımda şəxsimə olan təhqirlər, inboxuma yazılan dəxlisiz məktublar bir son bulmadığına görə partiyanın GK-nin Ali Məclisinin üzvlüyündən və GK-nin Qazax rayon təşkilatının sədrliyindən istefa verirəm.

Əvvəllər də mənə bu kimi məktublar daxil olub. Dəfələrlə "satqın", "hakimiyyətin köləsi", "Rauf Arifoğlunun peşkası" kimi ittihamlarla üzləşmişəm. Ancaq Rauf Arifoğlu cəhbhəçi olduğumu, Ə.Kərimlinin partiyasında təmsil olunduğumu bilə-bilə məni işə götürmüşdü və "səndən sadəcə yazı tələb edirəm", - demişdi.

Mən, əbədi öndərimiz Əbülfəz Elçibəyin ruhuna xatir AXCP-nin GK-nə üzv olanda hər şeyi tamam başqa cür düşünürdüm: demokratiya bu adamlarla əldə olunar-filan. Amma sən demə, heç partiyadaxili demokratiya belə yox imiş bunların təfəkküründə. Əbülfəz Elçibəy sevgisi isə ümumiyyətlə...

Mən Elçibəyin ruhuna xatir gəldim AXCP-yə. Elçibəyin ruhuna xatir də, tərk edirəm. Çünki AXCP GK-i deyilən bir yerdə gənclər üçün Əbülfəz Elçibəy, Məmməd Əmin Rəsulzadə deyil, Əli Kərimli yolu öndə gəlir". /Qaynar.info/


Müəllif:

Oxşar xəbərlər