25 Yanvar 2019 19:24
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.

Bildirilir ki, ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər