Rusiyanın Udmurtiya vilayətində ac donuzlar epilepsiya xəstəsi olan evdar qadını parçalayıb yeyiblər.
Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin (RF İK) məlumatına görə, 56 yaşlı evdar qadın heyvanları yemləmək üçün «donuz hini»nə girib, ancaq elə həmin andaca qadının ürəyi gedib. Bu zaman donuzlar ona hücum edərək, parçalayıblar.