10 Fevral 2019 22:54
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunun Bəydilli kəndində 3 uşaq atası özünü asıb.

1973-ci il təvəllüdlü Heydərov Rüfət Məhi oğlu yaxınlarının köməkliyi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Mərhumun üç qız övladı var. Onlardan biri ailəlidir.


Müəllif: Teleqraf.com