Abşeron rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Aslan Süleymanoğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.