Lənkəran rayonunda iki evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşları tərəfindən yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 3300 manat dəyərində qızıl-zinət əşyaları və 125.000 rubl (4300 manat) oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Ağacanzadə və S.Quliyev saxlanılıblar.
E.Ağacanzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 4-də daha bir evdən də 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.