21 Fevral 2019 13:12
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qasımalılar kəndi ərazisində kənd sakini V.Abdıyevin idarə etdiyi “VAZ-21010” və Şəmkir şəhər sakini Ç.Əhmədovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobillər toqquşub.

Nəticədə V.Abdıyevin sərnişini X.Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov