Saatlı rayonunda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonunun Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 7000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Saatlı rayon polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.