2 Mart 2019 21:55
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 2-də saat 15:27-də Daxili İşlər Nazirliyinin 102-Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Kəmərli kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Teleqraf.com-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 100 millimetrlik top mərmisi (OF-412) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin ətrafında 400 kvadratmetr əraziyə yerüstü, 55 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər