Gəncə şəhərində qadın marşrut avtobustan düşən zaman yıxılaraq xəsarət alıb.
Müxtəlif bədən xəsarətləri alan sərnişin xəstəxanaya aparılıb və travmatologiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin hazırda qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.