1 Sentyabr 2014 14:13
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfirliyi ölkə müxalifəti və hakimiyyəti arasında qarşıdurmalarla əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Səfirlikdən verilən məlumata görə, Pakistan hakimiyyəti Azərbaycan səfirliyinin binasının yerləşdiyi ərazidə təhlükəsizlik tədbilərini gücləndirib: "Hazırda Azərbaycanın Pakistandakı səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində işləyir, polis və müxalifət arasında toqquşmalar davam edir, nümayişçilər Pakistan televiziyasının binasını artıq ələ keçiriblər".

Dünən Pakistan polisi Baş nazirin iqamətgahına və parlamentin binasına zorla girməyə çalışan nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Asayiş keşikçiləri ilə toqquşmalar nəticəsində 4 nümayişçi ölüb, 500-dən artıq insan xəstəxanaya yerləşdirilib. Polislə toqquşmalar davam edir.

/trend/


Müəllif:

Oxşar xəbərlər