Bakının Binəqədi rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb və avtomobildən düşüb.
Bu zaman avtomobil əyləcdən çıxıb və hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.