Son 24 saat ərzində ikinci təyyarə Bakı hava limanına təcili eniş üçün sorğu göndərib.
“Cargolux” şirkətinə məxsus Honq-Konq – Lüksemburq reysini həyata keçirən “Boeing 747-4HQ” təyyarəsindən belə bir sorğu daxil olub.
Bundan əvvəl Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Bakıda təcili eniş etmişdi.
Qeyd edək ki, “Cargolux” dünyanın ən nüfuzlu hava yükdaşıma şirkətlərindən biridir./Report/