13 Mart 2019 14:26
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirləndirilən Anar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Anar Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Əhmədli qəsəbəsində Anar Hacıyev işlədiyi internet kluba gələn müştəri Rafiq Nurullayevlə mübahisə edib.

Mübahisə zamanı onlar əvvəlcə əlbəyaxa olublar. Sonra isə Anar Hacıyev onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Anar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlanlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər