14 Mart 2019 21:57
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report