“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba-Xınalıq yolunda qar uçqununun təmizlənməsi istiqamətində işlər üçün 5 texnikasını cəlb edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli yayıb.
Onun sözlərinə görə, həm Quba, həm də Xınalıq istiqamətindən texnikaların köməyi ilə yoldan qarın təmizlənməsi işləri aparılır: “Artıq yolun 35-ci km-nə qədər yol qardan təmizlənib”.
“Hazırda işlər hər iki istiqamətdən olmaqla 35-36-cı km-lik ərazidə aparılır. Yaxın saatlarda yolun tam olaraq açılması nəzərdə tutulub”, - o vurğulayıb.