26 Mart 2019 10:48
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “Diqlas” ticarət mərkəzində baş verən yanğın böyük tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar hazırda yolda hərəkət məhdudlaşdırılıb.

Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.


Müəllif: Teleqraf.com