Yaponiyanın Küsü adası yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, zəlzələnin episentri ölkənin Miyadzaki prefekturasından şərqdə, Sakit okeanda yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.