Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Nəsimi rayonu ərazisində - 28 May metrostansiyasının qarşısındakı meydanda 46 saylı marşrut xətti üzrə hərəkət edən və Masallı rayon sakini N.Həmidovun idarə etdiyi “Daewoo” markalı, 10 TG 758 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.
Avtobus dəmir yolu vağzalının qarşısından hərəkətə başlayarkən 1954-cü il təvəllüdlü Şəhla Hadıyeva nəqliyyat vasitəsinin altında qalıb. Ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.