Bakının Yasamal rayonunda mağazaya basqın edilib.
Teleqraf.com xəbər verir ki, aprelin 1-də, saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib, kassadakı 205 manatı aparıb.
28-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.
Faktla bağlı araşdırma aparılır.