Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edib.
Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, İ.Qəmbər Türkiyə xalqının seçdiyi ilk Prezident Ərdoğanın birinci səfərini Azərbaycana reallaşdırmasını məntiqli olduğunu vurğulayıb və bu səfəri çox əhəmiyyətli sayıb.
İ.Qəmbər qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri həm iki dövlət, həm də bölgənin sülh və sabitliyi üçün çox önəmlidir.
O, bölgədə baş verən problemləri dilə gətirib: “Rusiya ilə Ukrayna arasındakı böhran bölgədə ciddi situasiya yaradıb. Bu problem bütün bölgəni və Azərbaycanı da narahat edir. Yaxın Şərqdə də ciddi problemlər var. Bu səbəbdən Türkiyə və Azərbaycan strateji müttəfiq kimi birgə hərəkət etməlidir. Ərdoğanın bu səfərində birgə hərəkətə keçmək istiqamətində vacib qərarların qəbul olunacağını düşünürəm”.
Kəmalə