10 müxalifət partiyası Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən toplantıda “Demokratiya xartiyası” adlı sənəd qəbul edib.
Teleqraf.com-un məlumatına görə, partiya sədrləri sənədi müzakirəsiz qəbul ediblər. Hazırda birlik, əsasnamə və komissiyalar haqda müzakirələr gedir.
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuranı tərk edəndən sonra KXCP və bir sıra müxalifət partiyaları ilə bir araya gəlib müzakirələr həyata keçirir. Toplantını Milli Şura üzvləri və AXCP sədri Əli Kərimli boykot edir. İndiyədək keçirilən toplantıların heç birində sözügedən qüvvələr iştirak etməyib.
İctimai Palatanın fəaliyyətinə xitam veriləndən sonra Müsavatla AXCP yollarını tamam ayırıb. Yeni birliyin formalaşdırılması bu iki partiya uzun müddətə birgə fəaliyyət göstərməyəcəyindən xəbər verir.
Cavidan