Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda baş verən yanğın zamanı ümimilikdə 5 nəfər zərər çəkib.
Bu barədə həmin xəstəxananın nümayəndəsi Cəmaləddin İsgəndərli məlumat verib.
“Onlardan 3-nə tüstüdən zəhərlənmə ilə bağlı ilkin tibbi yardım göstərilib. Bir nəfər özünü binadan aşağı atıb və 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Bir qadın isə başından və üzündən yanıq xəsarətləri alıb”.
Səhiyyə Nazirliyindən isə "Report"a bildirilib ki, 7 nəfərə yerində yardım göstərilib: “Onlardan 3-ü kişi, 3-ü qadın və 1-i uşaqdır. Həkimlər onların hamısına yerində yardım göstəriblər”./report/
***
12:07
Bakıda Babək prospektində yerləşən yataqxana yanır.
Axar.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binadan aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.