Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.
Belə ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Məmmədov Ramil Zakir oğlu idarə etdiyi avtomobillə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report/