Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən günn axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun 9-cu kilometrliyində, rayonun Kürqaraqaşlı ərazi vahidliyinin Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyan şəhər sakini, 46 yaşlı Elsevər Nəcəfov idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə anidən idarəetməni itirib və yolun kənarına aşıb.
Hadisə zamanı avtomobil çevrilib, sürücü maşından 50 metr aralıya düşüb. Sürücü hadisə yerində keçinib.