23 Aprel 2019 02:23
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərinin Puşkin küçəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yolu keçmək istəyən 43 yaşlı Ağdam rayonundan məcburi köçkün Kəmalə Cəfərovanı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 43 yaşlı qadın sürücü tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər travmatologiya şöbəsinə yerləşdirilən qadının vəziyyətini orta ağır qiymətləndirirlər.

Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsində faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər