23 Aprel 14:10

Füzuli rayonunda fərdi yaşayış evində yanğın olub.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Kürdmahvmudlu kəndində qeydə alınıb.

Kənd sakini Səfər Məmmədxan Quliyevə məxsus bir mərtəbədən ibarət 5 otaqlı evdə yanğın baş verib. Hadisə zamanı mənzilin iki otağı əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə zamanı evdə yatan 16 yaşlı Elgül Quliyev tüstüdən zəhərlənib. Vəziyyəti ağır olan 16 yaşlı yeniyetmə təcili tibbi yardım maşını ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Yanğına səbəb elektrik naqillərində qısaqapanma olduğu ehtimal edilir.


Müəllif: Teleqraf.com