Ağcabədi rayonunda bədbəxt hadisə baş verib
Teleqraf.com-un bölgə müxbiri xəbər verir ki, rayonunun Kəbirli Kənd sakini, 1969-ci il təvəllüdlü Sevil Məmmədova dəm qazından boğularaq ölüb.
Hadisə hamam otağında baş verib.
Hadisədən ilk xəbər tutan ailə üzvləri olub. Qadın xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Həkimlər qadının çoxdan öldüyünü bildirib
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.