1 May 2019 23:43
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəmadi olaraq anası tərəfindən döyülən uşaq evdən qaçb.

Ötən gün axşam paytaxtdakı sığınacaqlardan birinə 40-cı polis bölməsinin əməkdaşları 9 yaşlı oğlanı gətirib. İlkin araşdırmalar zamanı məlum olub ki, azyaşlı mütəmadi olaraq anası tərəfindən döyülüb.

Azyaşlının bədəninin müxtəlif nahiyyələrində zorakılığın izləri açıq-aşkar görünür. Ötən gün o, dostları ilə oynadığı üçün evə bir qədər gec gəlib. Anası da buna əsəbiləşərək uşağı bərk döyüb. O da canını qurtarmaq üçün Gəncəyə qaçmaq istəyib və avtovağzalda saxlanılıb.

Uşağın anası sığınacağa zəng vurub və övladının orada saxlanılmasına etiraz edib.

Psixoloq vasitəsilə uşaq reabilitasiyaya cəlb olunacaq. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək. Yalnız bundan sonra uşağın valideyninə verilməsi və ya onunla bağlı hansı tədbirin görülməsi barədə qərar veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər