9 May 2019 00:59
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxın Kövər kənd sakini İlkin Əlizadəni sahibsiz it ayaq nahiyəsindən dişləyib.

Al-qan içində olan məktəblini atası Murad Əliyev dərhal Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya yardım edilməsini və vaksin vurulmasını tələb edən valideyn tibb ocağından "vaksin yoxdur" cavabı alıb.

Övladının səhhətindən narahat qalan Murad Əliyev Bərdə rayonuna gedərək ordan apteklərdən vaksin alıb. Kənd sakini 11 yaşlı övladına həmin quduzluq əlehinə vaksindən 6 ədəd vurulmalı olduğunu deyir.

Məsələ ilə bağlı Yevlax Mərkəzi Rayon Xəstəxanasın ''Xəzər Xəbər''ə bildirildi ki, həqiqətən də uşağın atası Murad Əliyev müraciət etdiyi saatlarda xəstəxanada quduzluq əlehinə vaksin olmayıb. Sonradan isə xəstəxanaya vaksin gətirilib. Vaksinin qurtarmasına səbəb kimi isə ümumilikdə müraciətlərin çox olması göstərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda quduzluq əlehinə vaksin var və Murad Əliyev yenidən müraciət edərək övladına vaksin vurdura bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər