10 May 2019 12:46
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində “DAF” markalı yük avtomobilindən 6170 manat və 5000 ABŞ dolları oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İnşaatçılar qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov