15 May 2019 14:54
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir gündə ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mayın 14-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini E.Yəhyayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Eldar Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə Nəsimi rayonunda da baş verib.

Mayın 14-də saat 8 radələrində Nəsimi rayonunun 28 May küçəsində Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firəngiz Nəzərovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov