17 May 2019 18:13
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda doğuş zamanı əkiz körpələrdən biri ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna uşağın atası Elvin Əsədov məlumat verib.

Onun sözlərinə görə, Ağdərə sakini olan, hazırda Sabirabad rayonunun Nizamikənd kəndində müvəqqəti məskunlaşan həyat yoldaşı, 1997-ci il təvəllüdlü Əsədova Mülayim Bariz qızı Sabirabad Rayon Perinatal Mərkəzinə daxil olub. Ancaq qeysəriyyə əməliyyatı zamanı doğulan əkiz körpələrdən biri ölüb.

E.Əsədov əkizlərdən birinin ölümünə səbəb kimi həkim səhlənkarlığının olduğunu iddia edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər