18 May 2019 23:49
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ilkin versiyaya əsasən, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materialları yanıb.

21:51

Bakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində, tekstil şöbəsində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da (iki nəfər- red) xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

21.40

Bakıda ticarət mərkəzində yanğın olub.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunun Zagulba qəsəbəsiərazisində fəaliyyət göstərən "Zagulba Mall"da, "Favorit" marketin zirzəmisində baş verib.

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

***

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).

Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.


Müəllif: Teleqraf.com