Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun B.Səfəroğlu küçəsi ev 219-un zirzəmisindən üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyitinin tapılması barədə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev olması müəyyən edilib.
Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.