11 İyun 2019 13:06
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Mirzəbəyli kəndi ərazisində rayon sakinləri B.Boyaxçarinin idarə etdiyi “Nissan” və İ.Zeynalovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-21074”-ün sərnişini Şahmurad Muradlı hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov