Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən qətllə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, iyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü polis bölməsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
***
10:07
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Faiq Cəfərov naməlum şəxslə mübahisə edib.
Gənclər arasında yaranan mübahisə sonda davaya çevrilib.
Dava zamanı Faiq Cəfərov bıçaq xəsarəti alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.