16 İyun 2019 01:38
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mardin şəhərində iki ailə arasında qanlı dava baş verib.

Teleqraf.com xəbər verir ki, aralarında ədavət olan iki ailənin üzvləri daş, zopa və bıçaqla bir-birinə hücum ediblər. Dava nəticəsində 22 nəfər yaralanıb.
Yaralılar Mardin və Qızıltəpədəki xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

<iframe frameborder="0" width="480" height="270" src="https://www.dailymotion.com/embed/video/x7balkh" allowfullscreen allow="autoplay"></iframe>


Müəllif: Nahid