17 İyun 2019 15:46
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.

Hadisə zamanı 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev ayağından güllə yarası alıbmış. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Ağstafa rayon sakini, 1994-cu il təvəllüdlü Elnur Süleymanovun Ağsatafa rayonunun Böyük Kəsik kəndi ərazisindəki bazarda"Kalaşnikov" markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Faktla bağlı Ağstafa Rayon Prakurorluğunda araşdırma aparılır./report/

***

11:42

Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilmiş dəhşətli qətldə öldürülən şəxslərin adları məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisənin 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu tərəfindən törədilməsi məlum olub. Odlu silahla silahlanmış 25 yalı oğlan bazara gələrək, qan davasında olduğu Musayev Şəbiddin Fərrux oğlunu, onun qardaşı Novruzu və anası Şərqiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Cəlilova Zeynəb Baba qızını güllələyərək öldürüb.

Məlum olub ki, Şəbiddin Musayev və Novruz Musayev 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetiriblər. Bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. 2 qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar.

Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.

Artıq 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 25 yaşlı Elnur Süleymanov saxlanılıb.

***

11:16

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com