22 İyun 2019 09:53
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

"VAZ" markalı minik avtomobili ilə “Shacman” arasında baş vermiş qəzada iki nəfər dünyasını dəyişib, daha bir nəfər isə xəsarət alıb.

Onlar, 1988-ci il təvllüdlü Bəkirov Rafiq Yunis oğlu boyunun və alt çənənin cırılması, döş qəfəsinin küt travması xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Qurbanov Elçin Qorçin oğlu və 1984-cü il təvllüdlü Sulxayev Çingiz Hacıbəy oğlu isə dünyasının dəyişib./trend/

**

09:30

Zaqatalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com