23 İyun 2019 10:59
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq./Azərtac/

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər