Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə iyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini Murad Baxşıyevin münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Murad Baxşəliyev tutulub.